3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim – mənim kimliyim” adlı tədbir keçirilib.
Mektebgushesi.az xəbər verir ki, Əlyazmalar İnstitutunda keçirilən tədbirdə Mərkəzin istedadlı və fəal uşaqları ana dilimizə aid bədii kompozisiya ilə çıxış ediblər. Dərnək üzvlərinin ifasında doğma dilimizə həsr olunmuş şeirlər, mahnılar səslənib. Tədbir gənc nəsildə Vətənə, torpağa, ana dilinə məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi, dilimizin saflığını qorumaq, inkişaf etdirmək, dərindən bilmək və ana dilimizə olan sevgini artırmaq məqsədilə təşkil edilib.
Tədbirdə Mərkəzin müəllim kollektivi, uşaqlar, valideynlər və Əlyazmalar İnstitutunun əməkdaşları iştirak ediblər.



