Mektebgushesi

Dərc olunub: 19.02.2025

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vakansiyaları üzrə işə qəbul elan edilib.

İdarədən verilən məlumata görə, vakansiyalar üzrə müraciət etmək istəyən namizədlər qeydiyyatdan (https://docs.google.com/forms/d/1iSqre4aybcwYtH4UCR4DzLE9YpOR59LTEXUyzMRbRxA/edit) keçə bilərlər.

Qeydiyyat üçün son tarix 24 fevraldır.

Vakansiyalara 2022-2023-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş və müvafiq keçid balını toplayan namizədlər müraciət edə bilərlər.

Müraciət edən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq. Namizədlər yalnız 1 vakant yer seçə bilərlər.