Dərc olunub: 18.02.2025

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib.

Onların arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 3 tələbəsi – Təhsil  fakültəsinin K23 saylı qrupunun tələbəsi Sima Cəfərova , İqtisadiyyat və idarəetmə fakültəsinin İ22 saylı qrupunun tələbəsi Cəmilə İsmayılova və Mühəndislik fakültəsinin İnT22 saylı qrup tələbəsi Aytac İsayeva  “Adlı Təqaüd”ə layiq görülüb.

Təqdimat mərasimində çıxış edən AHİK-in və ATİAHİRK-nın rəhbərləri, ölkənin bir sıra nüfuzlu ali təhsil müəssisələrinin rektorları, Tələbə Həmkarlar İttifaqı komitələrinin sədrləri iştirak ediblər.