Mektebgushesi

Dərc olunub: 17.02.2025

Gəncə şəhər 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Mektebgushesi.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq sözügedən təhsil müəssisəsinin ingilis dili müəllimi Cavid Rzayevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Məlumatda bildirilib ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Xatırladaq ki, bir neçə gün öncə Gəncədə sinif rəhbərinin 5-ci sinif şagirdinə şiddət göstərməsi ilə bağlı xəbərlər yayılıb.