Fevralın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 840 vətəndaş müraciəti daxil olub.
Mektebgushesi.az xəbər verir ki, müraciətlərin 16 740-ı çağrı mərkəzləri, 541-i sosial media, 4 515-i “WhatsApp” vasitəsilə olduğu halda, 997-si elektron, 901-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 146 müraciət qeydə alınıb.
Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.