Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı artırılıb.
Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür. Həmin gün şənbəyə düşdüyünə görə qeyr-iş günü avtomatik martın 10-a sürüşürdü. Sözügedən qərarla martın 10-u iş günü hesab edilir.