İranın Sayınqala (Şahindej) şəhərindəki qızlar məktəbində 50 şagird dəm qazından zəhərlənib.
“Azad İran” “Telegram” kanalı bu barədə Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinə istinadla xəbər verib.
Bildirilir ki, zəhərlənən qızlar dərhal xəstəxanaya aparılıblar.
Zəhərlənmənin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyi qeyd edilib.