Dərc olunub: 14.02.2025

Universitetdən “Oxu.Az”a bildirilib ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Sabiq rektor hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

İ.Xəlilovanın rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.

Qeyd edək ki, o, Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində 2016-cı ildən işləyir.

xezer-universitetinin-rektoru-istefa-verdi