Bu gün 17:30 radələrində Sabirabad şəhər Z.Hacıyev adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin həyətyanı sahəsində yerləşən yardımçı binada yanğın baş verib.
Mil-Muğan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, hadisə barədə dərhal Dövlət Yanğın Nəzarəti Xidmətinin Sabirabad rayonunda yerləşən bölməsinə məlumat verilib və qısa müddətdə yanğının qarşısı alınıb.
Xəsarət alan olmayıb.