Dərc olunub: 14.02.2025

Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.