Dərc olunub: 13.02.2025

Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Pedaqogika və psixologiya kafedrasının təlimlərinə start verilib

13 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin təşkilatçılığı ilə Pedaqogika və psixologiya kafedrasının iki gün davam edəcək 4 modullu təlimlərinə start verilib. Təlimlərin məqsədi, müəllimlərin pedaqoji və psixoloji biliklərini inkişaf etdirmək və müasir təlim metodları ilə tədris prosesini daha interaktiv və effektiv etməkdir.

Təlimlərin birinci günündə MDU-nun təcrübəli müəllimləri Könül Cabbarova və Ülviyyə Verdiyeva təlimçi qismində iştirak ediblər. Könül Cabbarova “Təlim metodlarının və üsullarının tətbiqi” mövzusunda çıxış edərək, iştirakçılara müxtəlif təlim metodları və onların effektiv tətbiqi barədə ətraflı məlumat verib. Ülviyyə Verdiyeva isə “İnnovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə” mövzusunda təqdimat edərək, müasir texnologiyaların tətbiqi ilə bağlı yenilikləri iştirakçılara təqdim edib.

Təlimlərin sonunda iştirakçılar yeni təlim metodları və yanaşmalar barədə dərin biliklər əldə edərək öz tədris təcrübələrini zənginləşdirmək və müasir təlim prinsipləri ilə tanış olmaq imkanı qazanıblar. Təlimlər MDU-da pedaqoji və psixoloji sahələrdə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi məqsədini güdür.