Fevralın 15-dən etibarən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) dəstəyi ilə “Sinerji” təlim və peşəkar inkişaf proqramı çərçivəsində, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) akademik və inzibati heyəti, eləcə də tələbələri üçün təlimlər keçiriləcək.
ATİAHİ-dən Mektebgushesi.az -a bildirlib ki, təlimlərdə AƏSMA-nın akademik heyəti üçün müasir təhsil alətləri, keyfiyyətli tədris proqramlarının hazırlanması, tədrisdə oyunlaşdırma metodları və tələbələrin tədrisə stimullaşdırılması kimi mövzular əhatə olunacaq.
İnzibati heyət üçün təhsil və tədris prosesinin idarə olunması, məhsuldarlıq və strateji yanaşmalar barədə biliklərin artırılması gözlənilir.
Tələbələr üçün isə “yumşaq bacarıqlar” (soft skills) mövzusunda kommunikasiya, komandada işləmə və süni intellekt alətləri kimi bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/13%20February%202025/02f9a3d3-efd1-41a6-a8fd-c106f62882ec_479986059_962011952696397_6748726348463130068_n.jpg)