Dərc olunub: 12.02.2025

Yardımlı rayonunun Şiləvəngə kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli məktəb binasının dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.