Mektebgushesi

Dərc olunub: 12.02.2025

2025-ci ilin istehsalat təqviminə görə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri daxil olmaqla 17 gün qeyri-iş günü olacaq.

Mektebgushesi.az xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. Lakin şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində martın 10-u da iş olmayacaq.

2024-cü ilin 20, 21, 22, 23, 24 martı Novruz bayramıdır. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün iş olmayacaq.

Lakin altıgünlük iş həftəsində 10 və 26 mart tarixləri qeyri-iş günü deyil. Bu səbəbdən altıgünlük iş həftəsi ilə çalışanlar üçün mart ayında 12 gün qeyri-iş günü olacaq.