Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın X-XI sinif şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.
Universitetdən bildirilib ki, şagirdlər Heydər Əliyev Muzeyi, Heydər Əliyev lektoriyası, Elmi Kitabxana, “Təkamül təlimi” muzeyi, “Ekoməkan”, İdman kompleksi və laboratoriyaların fəaliyyətini yaxından izləyiblər.
Ziyarət zamanı şagirdlərə BDU-nun yaranma tarixi, elmi və tədris fəaliyyəti, beynəlxalq uğurları, ixtisasları, tanınmış məzunları haqqında ətraflı məlumat verilib. Onlar universitetin laboratoriyalarında aparılan tədqiqat işləri, muzeylərdəki kolleksiyalar və tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün fəaliyyət göstərən müxtəlif klub və dərnəklərlə də tanış olublar.
Bu cür ekskursiyalar şagirdlərin ixtisas seçimi barədə daha məqsədyönlü qərarlar vermələrinə kömək edir.
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17392772696350156202_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/17392772692139562067_1200x630.jpg)
![](https://azertag.az/files/galleryphoto/2025/1/1200x630/1739277269350516814_1200x630.jpg)