Dərc olunub: 11.02.2025

Zibilliyə atılmaq üzrə olarkən aşkar edilmiş “Harri Potter və Fəlsəfə Daşı” kitabının nadir ilk nəşri hərracda 21 min funt sterlinqə satılıb.

Mektebgushesi.az  xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hadisə İngiltərənin Peynton şəhərində “NLB Auctions” hərrac evində qeydə alınıb. Hərrac evinin meneceri Daniel Pirs kitabı vəfat etmiş bir kişinin əşyaları arasında tapıb. Bu əşyalar zibilliyə atılmaq üzrə olub.

Kitab ilk nəşrdə 500 nüsxə ilə buraxılıb və 300 nüsxəsi ictimai kitabxanalara göndərilib.

Pirs kitabın ilk nəşr olduğunu “fəlsəfə” (philosophy”s) sözündəki səhv yazılışa görə müəyyən edə bilib.