Dərc olunub: 11.02.2025

 

Bu gün saat 10:17 radələrində Sumqayıt şəhər 13 nömrəli tam orta ümumtəhsil məktəbinin birinci mərtəbəsində elektrik naqillərinin paylama qutusunda naqillərin qısaqapanması nəticəsində yanğın hadisəsi qeydə alınıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən  bildirilib ki, məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində yanğının geniş miqyasda yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinə vaxtında məlumat verilib, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə köçürülüblər.

Hadisə nəticəsində xəsarət alan yoxdur, təhsil müəssisəsində tədris normal qaydada davam edir.