“Layihə 250 mindən çox şagirdi əhatə edir”
Mektebgushesi.az xəbər verir ki, bunu “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov Elmdə Qadın və Qızların Beynəlxalq Günü adlı tədbirdə çıxışı zamanı qeyd edib.
“2024-2025-ci tədris ilindən etibarən layihə 4-cü siniflər üçün tətbiq olunmağa başlayıb. Bu 9-cu sinfə qədər davam edir.Layihə 250 mindən çox şagirdi əhatə edir. 250 mindən çox şagirdin yarısından çoxu ölkənin bütün regionlarını əhatə edir. Hazırda 400-ə yaxın orta ümumi təhsil müəssisəsi ilə yanaşı, eyni zamanda STEAM mərkəzləri də fəaliyyət göstərir.
Bu gün 21 STEAM mərkəzi fəaliyyət göstərir. Bəzi işğaldan azad olunmuş bölgələr var ki, STEAM mərkəzləri olsa da, hələ ki, fəaliyyət göstərmir. Çünki həmin ərazilərdə insanlar məskunlaşmayıb. Məsələn Ağdamda 2 STEAM mərkəzimiz var, amma fəaliyyətə başlamayıb. Sevindirici nüans odur ki,Şuşa 1 nömrəli məktəbdə STEAM mərkəzi artıq fəaliyyətdədir.
Həmçinin, onu da qeyd edim ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında 352 qadın iştirak edib”,-deyə qeyd edib.