Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, professor Əfsun Sucayev
2025-ci ildə jurnaldan göndərilən əlyazmaya dəqiq və düzgün rəy verməklə sözügedən jurnalın beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.
“Journal of Molecular Liquids” jurnalı struktur, dinamika və molekullararası qüvvələrlə bağlı xüsusi mayelərin və ya maye sistemlərin molekulyar (və ya mikroskopik) anlayışına və molekulyar səviyyədə struktur və dinamik xassələrdə, termodinamik kəmiyyətlərdə, funksiyalarda və reaksiyalarda həlledici rollarına həsr olunan məqalələrin dərc olunmasına önəm verir. Nəşr üçün eksperimental tədqiqatlar, kompüter simulyasiyaları, kvant kimyəvi hesablamalar və analitik nəzəriyyədən bəhs edən məqalələri nəzərdən keçirilir.
“Journal Citation Reports”a əsasən, Q1 kateqoriyalı jurnalın impakt faktoru 5.3-ə bərabərdir.