Bunu “Azərbaycan müəllimi”nə layihə rəhbəri Amaliya Muradova deyib.
O bildirib ki, “Yaşıl könüllü”lərin üzvü olan məktəblilərin ekoloji problemlərin həlli yollarına dair bilik və bacarıqları, liderlik qabiliyyətləri inkişaf etdirilir.
Layihə rəhbərinin sözlərinə görə, “Yaşıl könüllülər” klubu təbiəti qorumağa yönəlmiş aktiv hərəkatdır. Könüllülər layihə çərçivəsində ekoloji məsuliyyətin artırılması və təbiətin qorunması ilə bağlı praktik tədbirlər həyata keçirirlər.
“Sağlam uşaqların dünyası” adlı layihə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən keçirilmiş “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” adlı müsabiqənin qalibi olub. Layihənin əsas məqsədi iqlim dəyişikliyi və ekoloji problemlərin uşaqların sağlamlığına təsirlərini azaltmaq, şagirdlərə ekoloji problemlərin həlli yollarını öyrətmək və onları təbiətə qayğı göstərməyə təşviq etməkdir
.jpg)





