İnformatika fənni üzrə Respublika fənn olimpiadasının yarımfinal turunda iştirak edəcək şagirdlər üçün sınaq imtahanı keçiriləcək.
Mektebgushesi.az xəbər verir ki, müsabiqə Beynəlxalq İnformatika Olimpiadasının (IOI) və İnformatika üzrə Respublika fənn olimpiadalarının qaydalarına əsasən, keçirilir və iştirakçılara C++ və Python dillərindən istifadə etməklə həll etmək üçün tapşırıqlar təklif olunacaq. Tapşırıqlar iştirakçıların alqoritmik təfəkkürünü, problem həlletmə bacarıqlarını və proqramlaşdırma qabiliyyətini yoxlayır. Qeyd edək ki, müsabiqə ötən tədris ilinin yarımfinal turunun sualları əsasında təşkil olunacaq.
Sınaq üçün müvafiq keçidlər:
8-9-cu sinif şagirdləri üçün: https://codeany.org/az/competition/110
10-11-ci sinif şagirdləri üçün: https://codeany.org/az/competition/111
Yarış 9 fevral tarixində saat 10:00-da keçiriləcək. Ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür: