“Hüquqşünaslıq üzrə peşə tanınması imtahanında ən uğursuz nəticə göstərən kvalifikasiya sahiblərinin məzun olduqları ali təhsil müəssisələrinin adları açıqlanıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.
Həmin ali təhsil müəssisələri aşağıdakılardır:
Rusiya Federasiyası üzrə:
- Cəzaların icrasi Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası
- Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsər üfatı və Dövlət Xidməti Akademiyası
- Tolyatti Dövlət Universiteti
- Dağıstan Dövlət Universiteti
- Ümumrusiya Dövlət Ədliyyə Universiteti
- Saratov Dövlət Hüquq Akademiyası
Ukrayna üzrə:
- Xarkov Milli Daxili İşlər Universiteti
- Regionlararası Heyətin İdarəolunması Akademiyası
- T.Şevçenko adına Kiyev Milli Universiteti
- Y.Mudrıy adına Milli Hüquq Universiteti
- Milli Universitet “Odessa Hüquq Akademiyası”
Qeyd edək ki, Rusiya universitetlərin hüquq təhsili alanların 70 faizinin, Ukrayna univeraitetlərində oxuyanların isə 63 faizi peşə tanınması imtahanından keçə bilməyib.