Türkiyənin Sinop Universitetinin rektoru Şakir Taşdemirin rəhbərlik etdiyi nümayəndə heyəti 6 fevral tarixində Lənkəran Dövlət Universitetində (LDU) olub.
Bu barədə Məktəb Guşəsinə Lənkəran Dövlət Universitetindən məlumat verilib.
Belə ki, LDU-nun rektoru Natiq İbrahimov qonaqlara təhsil müəssisəsində son illərdə aparılan yenilənmələr barədə ətraflı məlumat verib. Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparıblar.
Görüşdə Lənkəran Dövlət Universiteti ilə Sinop Universiteti arasında ikili əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilələrdə ikili əməkdaşlıqların gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, ikili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, tələbə-müəllim heyətinin hərəkətliliyinin artırılması və s. məsələlər əksini tapıb.
Sonda türkiyəli qonaqlar universitetdə imtahanların gedişi ilə əyani tanış olublar.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/07%20February%202025/2f599e3a-5e2f-4b0c-8a74-a8c16beb201e_WhatsApp%20Image%202025-02-07%20at%2009.43.55%20(1).jpeg)