Dərc olunub: 07.02.2025

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Qarabağ Universitetinin tabeliyində Qarabağ Universitetinin Klinikası publik hüquqi şəxs yaradılıb.

Fərmana əsasən Klinika Qarabağ Universitetində tibb ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi hazırlanmasını təmin edən, tibb sahəsində elmi tədqiqatlar aparan, regionda əhalinin sağlamlığının qorunmasında iştirak edən publik hüquqi şəxsdir.

Klinikanın yenidən təşkili və ləğvi,  Klinikanın nizamnaməsinin iki ay müddətində təsdiq edilməsi Elm və Təhsil Nazirliyinə,  Fərmandan irəli gələn məsələlərin həlli

Nazirlər Kabinetinə həvalə edilib.

Klinikanın 2025-ci ildə saxlanılma xərclərinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsindən 5 milyon manat ayrılıb.

Klinika mərhələlərlə tam özünümaliyyələşdirmə səviyyəsinə çatanadək növbəti illərin dövlət büdcəsinin layihələrində Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsinə ayrılacaq vəsaitlərdə Klinikanın saxlanılması xərcləri üçün zəruri maliyyə vəsaitinin nəzərdə tutulaması təmin ediləcək.