Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunan təlimlər davam edir.
Mektebgushesi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Belə ki, iştirakçılar insan resursları və hüquq sahəsində təməl biliklər proqramı çərçivəsində Əmək Məcəlləsinə uyğun olaraq kadr kargüzarlığının aparılması, maliyyə savadlılığı proqramına əsasən mühasibat uçotu, əməkhaqqının və təqaüdlərin hesablanma qaydası, hesabatlar, inventarizasiya və digər maliyyə məsələləri, media və ictimaiyyətlə münasibətlər proqramı çərçivəsində isə media məzmununun təhlili, sosial media ilə iş və media strategiyası barədə məlumatlandırılıb. Təlim iştirakçıları təqdim olunan mövzularla əlaqədar qrup müzakirələrində iştirak edib və fərdi tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həmin müəssisələrə rəhbərliyi həyata keçirən şəxslərin peşəkar bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər 5 gün davam edəcək.
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20February%202025/79b7250c-6a8e-45d6-9d32-709280071c8d_475889403_122181354080111686_3696599325601652602_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20February%202025/3e2e028d-deb3-416d-9ea3-3fd2577cf8a0_475900900_122181353840111686_1273998129758785350_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20February%202025/0833dfeb-b7e3-46c6-b210-9dd6c215bbc2_476098286_122181354074111686_3210172295548493804_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20February%202025/0ba1c8c1-04d2-40dc-9cbf-2120194d60ea_476223941_122181354020111686_7174419422505829099_n.jpg)
![](https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20February%202025/b214a61a-5233-4552-a57e-cb3c4b86880e_476363284_122181353792111686_1863673011045705180_n.jpg)