Dərc olunub: 06.02.2025

Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır.

Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Fakültənin açılışı yeni tədris ilindən planlaşdırılır.

Nazir bildirib ki, Xankəndidə olan xəstəxananın bazasında tibb fakültəsinin olması istiqamətində işlər görülür.

O xatırladıb ki, hazırda universitetdə 1100 tələbə təhsil alır: “Növbəti mərhələdə 1500 tələbənin təhsili nəzərdə tutulur. Gələcək illərdə orada 10 -12 min tələbə olacaq”.