2025-ci ildə 130-a qədər dövlət ümumi təhsil müəssisəsi ilə bağlı rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub.
Mektebgushesi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 2024-cü ildə məktəblilərin sayı ilə bağlı 147 müəssisə rasionallaşdırılıb. Məktəblərdə qalan şagirdlər və çalışan işçilər digər məktəblərə yerdəyişmə edilib.
Rasionallaşdırma üçün əsas meyarlar əhalinin artım dinamikası, infrastruktur, coğrafi əlverişlilik, ən yaxın məktəbə qədər məsafə, siniflərin komplektləşdirilməsi, şagird və müəllim sayıdır.