Dərc olunub: 06.02.2025

Kolleclərdə müəllimlik ixtisası tədricən ləğv ediləcək.

Mektebgushesi.az xəbər verir ki, bunu AzTV Xəbərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, bu addım müəllimlik peşəsində rəqabətliliyi artıracaq.

“Bəzi fənlər üzrə kolleclərdə onsuz da hazırlıq aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır”, – deyə nazir qeyd edib.

O bildirib ki, kolleclərdə əsasən ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.