Mektebgushesi

Dərc olunub: 06.02.2025

Ümumtəhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulunda yeni yanaşmalar tətbiq olunacaq.

Mektebgushesi.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev bugünkü brifinqdə məlumat verib.

Nazir bildirib ki, ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda onların sertifikatlaşdırma balı nəzərə alınacaq əsas şərtlərdən biri olacaq.

“Həmçinin ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda onların sertifikatlaşdırma balı və direktorun rəyi nəzərə alınacaq. Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirak edəcəklər. Ötən il müsabiqədə iştirak etmiş namizədlərin nəticələrinə yeni qaydalar çərçivəsində baxılacaq”.