Dərc olunub: 06.02.2025


Fevralın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsi və Elm və Təhsil Nazirliyinin Y.H.Məmmədəliyev
adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili” adlı seminar keçirilib.

Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə ADPU-nun Kimya və biologiya fakültəsi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutan seminarda

NKPİ-nin baş direktoru akad. Vaqif Abbasov və institutun əməkdaşları, ADPU-nun Kimya biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos.

Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri prof. Əli Zalov, Biologiya onun tədrisi texnologiyası kafedrasının müdiri dos. Anaxanım Yusifova, Ümumi kimya
kimyanın tədrisi texnologiyası kafedrasının müdiri dos. Kəmalə İskəndərova və fakültənin professor-müəllim heyəti iştirak edib.
Giriş nitqi ilə çıxış edən NKPİ-nin baş direktoru akad. Vaqif Abbasov bütün bəşəriyyəti narahat edən ekoloji problemlərdən, bu problemlərin həlli
yolunda Azərbaycan təhsilinin ölkəmizdə aparılan elmi-tədqiqatların rolundan bəhs edib, dayanıqlı inkişafın məzmunu və dayanıqlı inkişafda
keyfiyyətli təhsil amilinin əhəmiyyətindən danışıb.
Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş dayanıqlı
inkişafın 17 məqsədi, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” haqqında danışaraq bu konteksdə
təhsilin vəzifələrindən danışıb.
Daha sonra seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.