ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Emosional zəka və ünsiyyət” adlı təlim keçirilib.
1-ci dərəcə dövlət qulluqçusu dosent Afaq Hüseyn tərəfindən aparılan təlimdə iştirakçıların müxtəlif psixoloji testlər, rol oyunları, keyslər, beyin həmləsi, diskussiya metodları və digər vasitələrdən istifadə etməklə empatiyanın qurulması üzrə bacarıqlar təkmilləşdirilib. Təlim zamanı emosional və koqnitiv zəkanın əlaqəsi və fərqi, nisbəti, qadın və kişilərdə emosional zəkanın fərqi, düzgün qərarların qəbul edilməsinə emosiyaların təsiri, baza emosiyaları və instinktlər, emosiyalarla işləmə texnikaları, empatiyanın qurulması və inkişaf etdirilməsi vasitələri haqqında ətraflı məlumat verilib.