Dərc olunub: 05.02.2025

 

2024-2025-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 2 məktəbin yenidən inşası, 100-dən çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Mektebgushesi.az xəbər verir ki, idarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Şəki şəhəri 18 nömrəli tam orta məktəbin köhnə binası sökülərək yerində 720 şagird yerlik yeni məktəb binası inşa edilir.

Bununla yanaşı, Şəki şəhəri 20 nömrəli tam, Şəki rayonu Cəfərabad kənd tam,  Qax rayonu Əziz Abdullayev adına Marsan kənd tam, Şəki rayonu Küdürlü kənd ümumi orta məktəblərində təmir işləri aparılır.

Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki 100-dən çox məktəbdə cari, 1 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib, 8 məktəb binası isə sökülərək yenidən tikilib.