NASA-nın “Mars Reconnaissance Orbiter” planetlərarası stansiyası tərəfindən çəkilmiş və bu yaxınlarda dərc edilmiş Mars səthinin şəkli elmi ictimaiyyət, həmçinin kosmos həvəskarları arasında qızğın müzakirələrə səbəb olub. Fotoda hər tərəfi təxminən 235 metr olan qeyri-adi kvadrat struktur aydın görünür.
Oxu.Az-ın verdiyi məlumata görə, “SpaceX” şirkətinin rəhbəri İlon Mask müzakirədən kənarda qalmayıb.
“Biz tədqiqat üçün Marsa astronomlar göndərməliyik”, – deyə o özünün sosial şəbəkə hesabından bəyan edib.
Şəkil “Reddit”də paylaşıldıqdan sonra viral olub və dərhal Qırmızı planetdə tapılmış ilk arxeoloji obyekt ola biləcəyi ehtimal edildi.
Mütəxəssislər hələ ki bunun nə ola biləcəyi barədə heç bir elmi izahat verməyiblər.
Bir çox istifadəçilər isə obyektin süni mənşəli ola biləcəyi barədə fərziyyələr irəli sürüblər. Konspirasiya nəzəriyyələrinin tərəfdarları isə tapıntını “yadplanetli sivilizasiyanın sübutu” adlandırıblar, digərləri Gizədəki Xeops piramidası kimi qədim yer tikililəri ilə paralellər aparırlar. Çünki süni intellekt vasitəsilə aparılan hesablamalara görə, Mars strukturu 51,5 dərəcə meyillidir, bu isə təəccüblü şəkildə məşhur Misir piramidasının meyilliliyi ilə üst-üstə düşür.
İstifadəçilər internetdə kosmik aparat tərəfindən çəkilmiş şəkli yaxşılaşdırmağa nail olublar. Fotoda xətlər daha aydın görünür. Konspiroloqlar bunun Qırmız planetdə itirilmiş Mars sivilizasiyasının xarabalıqları olduğunu iddia edirlər.