Sabirabad rayonu Məmməd Tağıyev adına Kovlar kənd tam orta ümumtəhsil məktəbin binasında yanğın baş verib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib. Hadisə elektrik naqillərinin paylanma qutusunda qısaqapanma nəticəsində baş verib.
Təhsil müəssisəsinin işçi heyəti və şagirdlər təhlükəsiz yerə təxliyyə ediliblər, FHN-in yerli bölməsinə məlumat verilib. Görülmüş tədbirlər nəticəsində yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.