Sənəd yoxlanışı mərhələsinin nəticələri müəllimlərin şəxsi səhifələrinə göndərildi.
Bu barədə Mektebgushesi.az-a ARTİ-nin İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinin nəticələri müəllimlərin şəxsi səhifələrinə göndərildi.
Qeyd edək ki, müəllimlər şəxsi səhifələrinə daxil olaraq nəticələri ilə tanış ola bilərlər.