Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 8 441 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5 008 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 486 müraciət daxil olub.
BŞTİ-yə 1 703 sənəd (vətəndaşlar tərəfindən 435 ərizə, Elm və Təhsil Nazirliyindən 302, digər qurumlardan 208 tabelikdə olan təhsil müəssisələrindən 472 məktub və 286 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 244 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.