Dərc olunub: 31.01.2025

Yanvarın 30-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşların orta ixtisas və ali təhsil məsələləri ilə bağlı müraciət və şikayətləri dinlənilib və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq agentliyinin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-6 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.