Mektebgushesi

Dərc olunub: 31.01.2025

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə 12 fevral tarixində Bakı Mühəndislik Universitetində “SCOPUS AI – Süni intellekt aləti ilə tədqiqat bacarıqlarının inkişafı” adlı infosessiya keçiriləcək.

Mektebgushesi.az xəbər verir ki, bu barədə EATDA məlumat yayıb.

Bildirilib ki, infosessiya “SCOPUS AI” alətindən səmərəli istifadə edərək əhatəli ədəbiyyat axtarışı, tədqiqat trendlərinin, istinadlar və tədqiqat təsirlərinin təhlili, elmi araşdırmalar üçün süni intellekt alətindən səmərəli istifadə, eləcə də iş prosesini optimallaşdıraraq tədqiqata ayrılan vaxta qənaət kimi mövzuları əhatə edir.

Sessiyada elm və ali təhsil müəssisələrinin akademik və inzibati heyəti (tədqiqatçılar, müəllimlər, doktorantlar, magistrantlar və elmi fəaliyyətə marağı olan digər şəxslər) iştirak edə bilər.

İnfo-sessiyada iştirak etmək istəyən şəxslər aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat linki: https://docs.google.com/…/1f_ApFp-pDNofxQO18naGfy…/edit

Tarix: 12 fevral 2025-ci il, saat 11:00

Məkan: Bakı Mühəndislik Universiteti, əsas bina, akt zalı