SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “Bhosware” komandası “HackDay Challenge” beynəlxalq kibertəhlükəsizlik yarışında II yerə layiq görülüb. Komanda martın 28-29-da keçiriləcək finala vəsiqə qazanıb. Komanda rəhbəri İnformasiya təhlükəsizliyi kafedrasının müəllimi Nihad Əlilidir.
BANM-dən AZƏRTAC-a bildirilib ki, komanda üzvləri sırasında informasiya təhlükəsizliyi ixtisasının tələbələri Əli Məhərrəmli, Oqtay Əhmədov, Əliəsgər Əliyev, Fuad Qurbanov və Fuad Əliyev yer alıblar.
Yarışda 151 komanda iştirak edib və kibertəhlükəsizlik üzrə fərqli tapşırıqları həll etmək üçün mübarizə aparıb.