Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektronika və avtomatika kafedrası ölkəmizin mühəndislik təhsilində ən nüfuzlu və prestijli ixtisas kafedralarından biridir. Kafedranın fəaliyyət istiqamətləri, tədris metodları və texniki imkanları müasir dövrün çağırışlarına tam cavab verməklə yanaşı, yüksək səviyyəli mühəndis hazırlığı sahəsində əvəzolunmaz rol oynamaqdadır. Elektronika və Avtomatika kafedrasında hal-hazırda iki ixtisas üzrə bakalavr hazırlığı həyata keçirilir: Radiotexnika mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi. Bu ixtisaslar müasir sənayenin ən aktual tələblərini əks etdirir və tələbələrin peşəkar inkişafına geniş perspektivlər açır. Tədris olunan Radiotexnika mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasları üzrə fənlərin məzmunu tələbələrin real iş prosesində rastlaşa biləcəyi texnoloji problemləri həll etmək üçün geniş bilik və bacarıqları özündə cəmləşdirmək məqsini daşımaqdadır. Radiotexnika mühəndisliyi üzrə tədris olunan fənlər radio siqnallarının ötürülməsi, alınması və emalı sahəsində tələbələrə dərin biliklər qazandırır, onların müasir rabitə texnologiyalarını effektiv tətbiq etməsinə imkan yaradır. Proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə keçirilən dərslər isə idarəetmə sistemlərinin layihələndirilməsi, proqramlaşdırılabilən kontrollerlərin istifadəsi, rəqəmsal idarəetmə sistemləri və sənaye proseslərinin optimallaşdırılması kimi praktiki biliklər tələbələrə aşılayır. Bu yanaşma, tələbələrimizin nəzəri bilikləri real sənaye tətbiqləri ilə əlaqələndirməsinə və əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik mütəxəssis kimi yetişməsinə şərait yaradır.
Bir sözlə, Elektronika və avtomatika kafedrasında tədris prosesi yüksək akademik standartlara əsaslanaraq qurulmuşdur. Avropa standartlarına uyğun şəkildə təşkil edilən tədris metodikası tələbələrə nəzəri bilikləri ən müasir praktiki bacarıqlarla birləşdirməyə imkan verir. Kafedranın professor-müəllim heyəti, hər biri öz sahəsində dərin elmi biliklərə və zəngin praktiki təcrübəyə malik olan yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Onların rəhbərliyi altında tələbələr dünyanın nüfüzlu ali təhsil müəssisələrinin təhsil proqramlarına istinadən qurulmuş tədris metodikaları əsasında təhsil alır və ixtisaslarını davam etdirmək üçün möhkəm baza qazanmış olurlar.
Kafedranın texniki bazası müasir texnologiyaların ən son nailiyyətlərini özündə ehtiva etməkdədir. Elektronika, avtomatika və radiotexnika sahələrində istifadə olunan laboratoriyalar tələbələrin nəzəri biliklərini praktiki təcrübəyə çevirmələri üçün əvəzsiz imkanlar yaradır. Hər bir laboratoriya ən yeni avadanlıqlarla təchiz olunmuşdur və tələbələrə real iş şəraitində tətbiq ediləbilən bacarıqların inkişaf etdirilməsi üçün xüsusi şərait təmin edir. Bu laboratoriyalar, eyni zamanda, tələbələrin yaradıcılıq potensialını artırmaq və onların innovativ layihələr üzərində çalışmasını təşviq etmək məqsədini güdür.
Kafedramızın elektronikayönümlü dərsləri praktiki əsaslarla təşkil olunur və bu yanaşma tələbələrə müasir sənaye proseslərini dərindən mənimsəmək imkanı yaradır. Laboratoriyalarımızda elektronik sistemlərin tərtibi, proqramlaşdırılması və tətbiqi ilə bağlı genişmiqyaslı praktiki işlər həyata keçirilir. Xüsusilə, sənaye avtomatlaşdırması sahəsində tələbələrimiz real prosesləri simulyasiya etməklə yanaşı, müxtəlif sensor sistemləri, proqramlaşdırılabilən kontrollerlər və digər elektron komponentlər üzərində işləmə imkanına malikdir. Bu, onların sənaye texnologiyalarını daha dərindən öyrənmələrini və məzun olduqdan sonra peşəkar mühitə rahat inteqrasiya olunmalarını təmin edir.
Tədris laboratoriyalarımızın əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Laboratoriyalar müasir ölçmə cihazları, yüksək dəqiqlikli sınaq avadanlıqları və proqram təminatları ilə təchiz edilmişdir. Bu texniki imkanlar tələbələrə nəzəriyyəni praktikada tətbiq etməklə yanaşı, müasir texnologiyaların iş prinsiplərini dərindən anlamağa imkan verir. Məsələn, radiotexnika sahəsində tələbələr müxtəlif növ radio avadanlıqlarının quruluşu və işləmə prinsipləri ilə tanış olur, avtomatlaşdırma üzrə isə proseslərin idarə olunması və monitorinqi sahəsində yüksək səviyyəli nəzəri və praktiki biliklər əldə edirlər. Həmçinin, tələbələrimiz müxtəlif layihə işləri zamanı problem həll etmə bacarıqlarını inkişaf etdirir və real texnoloji problemlərə həll yolları təklif edirlər.
Kafedranın məqsədi tələbələrin yalnız mütəxəssis kimi deyil, həm də texnologiya sahəsində lider kimi formalaşmasını təmin etməkdir. Bu yanaşma məzunlarımızın beynəlxalq əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik olmasını təmin edir və onların ölkəmizin texnoloji inkişafına töhfə vermələrinə şərait yaradır.
Eyni zamanda, kafedramız tədqiqat və innovasiya fəaliyyətlərində də lider mövqedədir. Müəllim və tələbələrimiz birgə elmi layihələr həyata keçirir, texnoloji problemlərin həlli üzərində çalışır və yeni elmi nəticələr əldə edir. Bu, kafedranın yalnız təhsil sahəsində deyil, həm də tədqiqat fəaliyyətlərində mühüm mövqeyini təsdiq edir. Elektronika və avtomatlaşdırma sahəsində innovasiyaların tətbiqi ilə kafedra, həm yerli, həm də beynəlxalq səviyyədə mühəndislik sahəsindəki aktual problemlərin həllində əhəmiyyətli rol oynayır.
Elektronika və avtomatika kafedrası, müasir infrastruktur və yüksək ixtisaslı kadrları ilə, tədris və tədqiqat sahəsində ölkəmizdə ali təhsil müəssisələri arasında özünəməxsus mövqeydədir. Gələcəkdə də kafedra tədris prosesini daha da təkmilləşdirmək, beynəlxalq əməkdaşlıqları genişləndirmək və tələbələrə ən yüksək səviyyədə təhsil imkanları təqdim etmək məqsədini daşıyır. Bu yanaşma kafedramızın Azərbaycan mühəndislik təhsilində öncü mövqeyini qorumağa və daha da inkişaf etdirməyə xidmət edir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
Elektronika və avtomatika kafedrasın müəllimi,
Qadir Arzu oğlu Qafarov