Yanvarın 30-da elm və təhsil naziri Emin Əmrullayev Qvineya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kande ilə görüşüb.
Nazirlikdən Mektebgushesi.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.