Yanvarın 27-də dünyanın 32 mindən artıq ali təhsil müəssisəsini əhatə edən “Webometrics” reytinqi (Webometrics Ranking of World Universities) 2025-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Mektebgushesi.az “Azərbaycan müəllimi” -nə istinadən xəbər verir ki, reytinqin ilk 10-luğu aşağıdakı ali təhsil müəssisələrini əhatə edir:
1. Harvard Universiteti,
2. Stanford Universiteti,
3. Massaçusets Texnologiya İnstitutu,
4. Oksford Universiteti,
5. Kaliforniya Berkli Universiteti,
6. Kornell Universiteti,
7. Vaşinqton Universiteti,
8. Kolumbiya Universiteti,
9. Pensilvaniya Universiteti,
10. Kembric Universiteti.
İspaniyanın Dövlət Elmi-Tədqiqat Mərkəzinin tərkibindəki “Cybermetrics” laboratoriyası tərəfindən tərtib olunan reytinqə ümumilikdə Azərbaycanın 35 ali təhsil müəssisəsi daxil edilib. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın top-5000 universiteti siyahısında 2840-cı yerdə qərarlaşıb və Azərbaycan universitetləri arasında isə birinci yerdədir. Digər Azərbaycan universitetlərinin ölkə və dünya üzrə sıralaması belədir:
1. Azərbaycan Dövlət İqtisad Universiteti (2840)
2. Bakı Dövlət Universiteti (4493)
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (4877)
4. Azərbaycan Tibb Universiteti (5261)
5. Azərbaycan Universiteti (5440)
6. Bakı Mühəndislik Universiteti (5649)
7. Azərbaycan Texniki Universiteti (5964)
8. Azərbaycan Dövlət Pedaqoji Universiteti (6616)
9. Azərbaycan Memarlıq və İnşaat Universiteti (9355)
10. Azərbaycan Dövlət Aqrar Universiteti (10227)
11. Sumqayıt Dövlət Universiteti (12611)
12. Bakı Biznes Universiteti (14687)
13. Qərbi Kaspi Universiteti (15267)
14. Bakı Slavyan Universiteti (16342)
15. Lənkəran Dövlət Universiteti (16714)
16. Odlar Yurdu Universiteti (17232)
17. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (18428)
18. Bakı Musiqi Akademiyası (19318)
19. Bakı Avrasiya Universiteti (20455)
20. Mingəçevir Dövlət Universiteti (20937)
21. Azərbaycan DİN Polis Akademiyası (20938)
22. Azərbaycan Dövlət İdarəçilik Akademiyası (21020)
23. Azərbaycan Dövlət Dəniz Akademiyası (21097)
24. Naxçıvan Universiteti (21097)
25. Azərbaycan Turizm və Menecment Universiteti (21283)
26. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı ( 21857)
27. Xəzər Universiteti (22154)
28. Azərbaycan Milli Konservatoriyası (23152)
29. Azərbaycan Kooperasiya Universiteti (23152)
30. Azərbaycan İlahiyyat İnstitutu (23969)
31. Azərbaycan Texnologiya Universiteti (24907)
32. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (26085)
33. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı (27217)
34. Bakı Qızlar Universiteti (29008)
35. Heydər Әliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (31060)
Qeyd edək ki, “Ranking Web” (Webometrics) universitetlər tərəfindən yaradılan biliklərə açıq çıxışı təşviq etmək məqsədilə 2004-cü ildən nəşr olunur. 2025-ci ilin yanvar buraxılışına dünyanın hər yerindən təxminən 32000 ali təhsil müəssisəsi daxildir. “Reytinq Majestic”, “Google Scholar” və “Scimago-Scopus” kimi etibarlı mənbələrdən toplanan həm vebometrik, həm də bibliometrik göstəricilərə əsaslanır. Veb-məlumatlar yanvarın ilk günlərində toplanır, bibliometrik məlumat isə 2019-2023-cü illəri əhatə edir. Nəticələr tarixən digər reytinq qurumları tərəfindən ən yaxşı universitetlər üçün dərc edilənlərə uyğundur, lakin “Webometrics” əsas reytinqlərdən kənarda qalan bir çox institutlar haqqında da məlumat verir.
Agentlik seçimlərdə əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.