Mektebgushesi

Dərc olunub: 27.01.2025

Sumqayıt Dövlət Universitetinə (SDU) Magistratura, doktorantura və elm şöbəsinə tyutor vakansiyası elan edilir.

Tələblər:

– Ali təhsil (magistr dərəcəsi);

– Azərbaycan dilini səlis bilməli;

– İngilis dili bilikləri;

– Minimum 1 il iş təcrübəsi (Tyutor təlim sertifikatı və ya universitet sahəsində təcrübə arzuolunandır);

– Komanda ilə iş bacarığı;

– Rəqəmsal bacarıqlar;

– Effektiv ünsiyyət, dinləmə bacarıqları və analitik düşünmə bacarıqları;

– İş saatı həftədə 5 gün, saat 15:00-dan – 22:00-dək, şənbə 8:00-dan – 14:00-dək.

Vəzifə öhdəlikləri

– Magistrantların akademik maraqlarını qorumaq və müdafiə etmək;

– İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək;

– Yeni qəbul olunan magistrantlarla görüşlər keçirmək və tələbələri kredit sistemi ilə əlaqədar məlumatlandırmaq;

– Semestrlər üzrə tərtib olunan dərs cədvəllərində fənlərin kreditlərə uyğunluğunu yoxlamaq;

– Tələbə transkriptlərini hazırlamaq;

– Akademik borcu olan magistrantların alt qruplara yazılmasını, kreditlərinin hesablanması, müqavilələlərin bağlanması və müvafiq qaydada rəsmiləşdirilməsini təşkil etmək;

– Təqaüdlərin hesablanması və siyahılarının təsdiqi üçün müvafiq komissiyaya təqdim edilməsini təmin etmək;

– Jurnallarda müvafiq qeydlərin (davamiyyət, sərbəst işlərin və seminar məşğələlərində qiymətləndirmə və s.) vaxtlı-vaxtında aparılmasına nəzarət etmək və məlumatları toplayaraq şöbə müdirinə təqdim etmək;

– Magistrantların semestr ərzində topladığı ballarının hesablanmasına nəzarət, davamiyyət limitinin keçilməsi, təhsil haqqı borcu olması və s. bu kimi səbəblərdən tələbələrin imtahana girişinin əngəllənməsi (bloklanılması) və ya imtahana girişinə icazə verilməsini təmin etmək (blokdan çıxarılması);

– Hər tədris ilinin başlanğıcında yeni qəbul olunan tələbələrin sistemə daxil edilməsi, 2-ci kursu bitirən tələbələrin akademik qrupların bağlanılması və tələbələrin məzunlar bazasına göndərilməsini təşkil etmək;

– Magistrantların müraciətləri əsasında müxtəlif məzmunlu arayışlar vermək;

– Diploma əlavələri yazmaq;

– Magistrant kontingentinin hərəkətliliyinə dair əmrlərin qeydiyyatını aparmaq;

– Yeni qəbul olan magistrantların sənədlərini qəbul etmək;

– Magistrantlarla bağlı statistik məlumat bazasını hazırlamaq;

– İmtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyən magistrantlardan ərizələrin qəbulu və müvafiq şöbəyə təqdim edilməsini təmin etmək;

– Yekun Dövlət Attestasiyana buraxılma, diplomların verilməsi, təhsil haqqı ödənişindən azad olma, təqaüdlərin verilməsi, dublikat tələbə biletinin verilməsi, tələbələrin təhsilin növbəti ilinə keçirilməsi, xaric olunması, bərpa olunması, akademik məzuniyyətin verilməsi və s. xarakterli təqdimatların hazırlanmasını təşkil etmək;

– Struktur rəhbəri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Bilməlidir

  • – “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarını;
  • – Ali məktəb pedaqogikasını və psixologiyasını (Tələbələrlə işin psixoloji xüsusiyyətləri) ;
  • – Tədris planlarının və proqramlarının tərtibini;
  • – Tələbələrlə davranış qaydalarını.

Qeyd edək ki, tələblərə uyğun namizədlər mövzu yerində “Tyutor” qeyd etməklə öz CV-lərini hr@sdu.edu.az elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 01.02.2025