Bakı Ali Neft Məktəbinin (BANM) startapı “BullyGuard” ən yaxşı layihə seçilib və “lE Business School”da təmsil olunacaq.
BANM-dən verilən məlumata görə, “BullyGuard” SABAH.HUB tərəfindən təşkil edilən “IE Business School” inkubasiya proqramına qəbul edilən 21 startapdan biri olub. Üç ay davam edən proqram çərçivəsində “IE Business School”un təcrübəli heyəti tərəfindən keçirilən sessiyalar zamanı tələbələr startapın inkişaf etdirilməsi üçün biliklər əldə ediblər.
Komandanın elmi rəhbəri Ali Məktəbin İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri Emiliya Əhmədova, üzvləri isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Zahid Abdullayev, Rəna İsayeva, Qurban Quliyev və Kompüter mühəndisliyi ixtisasının tələbəsi Banu Əlilidir.