Dərc olunub: 27.01.2025

Azərbaycan Respubikası Elm və Təhsil Nazirliyinin “Alqoritmika” Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi “Code for Future” layihəsi üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2024/2025-ci tədris ili üzrə payız semestri uğurla başa çatıb.

Semestr ərzində “İnformatika və onun tədrisi metodikası” və “Proqramlaşdırma dilləri: Python” istiqamətləri üzrə ümumilikdə 216 tələbə tədrisə cəlb olunub. Tələbələrdən 205-i kursu uğurla bitirib. Tədris müddətində tələbələrin orta davamiyyət göstəricisi 93.15 %, performans göstəricisi isə 80.13 % təşkil edib.

Layihə çərçivəsində semestr ərzində tələbələrin gələcək pedaqoji fəaliyyətinə faydalı təcrübə qatmaq və araşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə 2 ekskursiya, 1 müsabiqə və müxtəlif tədbirlər təşkil olunub. Təşkil olunan kursun effektivliyinin ölçülməsi və tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə tələbələr arasında sorğu keçirilib. Sorğunun nəticələrinə əsasən iştirakçı tələbələrin 90 %-i müəllimlərin peşəkar və məlumatlı olduğunu, 86 %-i isə kurs materiallarının müasir və faydalı olduğunu qeyd edib.

Qeyd edək ki, “Code For Future” layihəsi çərçivəsində yaz semestrinin təşkili prosesi artıq başlanılıb.