Dərc olunub: 27.01.2025

 

İmişli rayon Qızılkənd orta məktəbinin müəllimi 1994-cü il təvəllüdlü Asim Arazlı qəfil ölüb.

Mektebgushesi.az  “Qafqazinfo” ya istinadən xəbər verir ki, 31 yaşlı müəllim dünən yaşadığı Beyləqan rayonunda ürəktutmadan vəfat edib.

Vətən müharibəsi qazisi olan Asim Arazlı həm də gənc yazar kimi tanınıb. O, müəllim və yazar kimi bir sıra müsabiqələrin qalibi olub.