Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 24-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Mektebgushesi.az xəbər verir ki, vətəndaş qəbulu yanvarın 30-da keçiriləcək.
Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.