“Ali təhsil haqqında” qanunun qəbulu vacibdir”.
Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir: “Qanun layihəsində bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsinin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə Qanun qəbul ediləcək və bu, təhsilimizin inkişafına öz töhfəsini verəcək”.
Deputat qeyd edib ki, ötən ilin qürurlu hadisələrindən biri də işğaldan azad olunmuş ərazilərdə yeni məktəb və bağçaların yaradılmasıdır.
Ceyhun Məmmədov Elm və Təhsil Nazirliyi ilə birgə dinləmənin keçirilməsini də təklif edib.