Dərc olunub: 22.01.2025

 

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024/2025-ci tədris ilinin yaz semestrində mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Görüşdə rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.

Qeyd edək ki, BANM-in ümumilikdə 24 tələbəsi Portuqaliya, Almaniya, İspaniya, Türkiyə, Bolqarıstan və Serbiya universitetlərində təhsil almaq imkanı əldə edib.