Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılıb.
Mektebgushesi.az xəbər verir ki, bu barədə a Azərbaycan Respublikasının Əfqanıstandakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılıb.
Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılıb.
Mərkəzin sinif və müəllimlər otaqları lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilib.